Ru
17:45 / 26 Yanvar 2024

Otuz ildən sonra qəflət yuxusundan ayılmış AŞPA…

7772
Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
professor


Otuz ildən sonra qəflət yuxusundan ayılmış AŞPA…


Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq riyakarlıqla üz-üzədir. Bu sırada Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdı. Biz torpaqlarımızın işğal altında qaldığı, o torpaqlarda bütün yaşayış məntəqələrimizin yerlə yeksan edildiyi, yüz minlərlə insanın öz ata-baba yurdlarından didərgin düşdüyü, mədəni irsimizə aid abidələrin və dini abidələrimizin darmadağın edildiyi otuz ildə AŞPA kimi bir təşkilatın səsini eşitmədik. Bu təşkilat işğal dövründə bir dəfə də olsun Ermənistana gözün üstündə qaşın var demədi. Otuz işğal ilində Azərbaycana bəslənilən bu iyrənc münasibəti ortadaykən AŞPA-nın indi bizdən nəsə tələb etmək haqqı varmı? AŞPA kimi qondarma təşkilatlar böyük güclərin əlində başqalarına təziq alətindən başqa heç nə deyil.


AŞPA üç ay bundan öncə - 23 oktyabr 2023-cü il tarixixdə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək, Qarabağ torpaqlarımızda 19 sentyabr tarixdə keçirtdiyimiz antiterror əməliyyatlarına görə Azərbaycanı açıq-aşkar təhdid etmişdi. Azərbaycan Ordusunun bölgədə terrorizmin və separatizmin kökünü birdəfəlik kəsməyə yönəlmiş lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edilən bu sənəddə AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Deməli AŞPA-nın indi atdığı addım ən azı 3 ay bundan öncə planlaşdırılıb. Azərbaycan AŞPA-nın keçən ilin oktyabr ayında qəbul etdiyi o bədnam qətnamədən ötən müddət ərzində nə etməli idi ki, AŞPA ilin yekunlarına həsr olunacaq toplantıda Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etsin? Bu “ağaların” təbirincə ötən müddət ərzində biz erməni terroristlərini Qarabağ torpaqlarımıza qaytarmalı və antiterror əməliyyatları zamanı müsadirə etdiyimiz hərbi texnikanı, hərbi sursatları onlara qaytarıb deməliydik ki, bəs buyurun davam edin öz əməllərinizi…





AŞPA kimi təşkilatların bu şəkildə davranışları siyasi fahişəlikdir. Bunun bir başqa adı yoxdur. Ona görə də Azərbaycan nümayəndə heyəti çox haqlı olaraq ləyaqətini artıq çoxdan itirmiş bu təşkilatda öz fəaliyyətini qeyri-müəyyən vaxta təxirə saldı. Mən hesab edirəm ki, biz Azərbaycanın haq işinə qarşı çıxan ölkələrlə və beynəlxalq təşkilatlarla müstəsna olaraq onların başa düşdükləri dildə danışmalıyıq.


Bəs AŞPA-nın bu addımmlarını kimlər tətikıləyir? Bu sual da cavabsız deyil. Qarabağ torpaqlarımızda bir günlük antiterror əməliyyatlarından sonra Fransanın Azərbaycana qarşı beynəlxalq müstəvidə hər hansı bir qərar qəbul edilməsi üçün göstərdiyi cənfəşanlıqlar bir-birinin ardınca fiaskoya uğradı. Bunu görən Qərb Fransaya dəstək üçün Almaniyanı da bu sıraya qoşdu. Dünyaya iki cahan savaşı bəxş edib, on milyonlarla insanın ölümünə səbəbkar olmuş bir xalqın nümayəndələri harda təmsil olmalarından asılı olmayaraq, mənsub olduqları xalqın tarixdə törətdiyi cinayətlərin məsuliyyətini bir an belə unutmamalıdılar. Ancaq görünən budur ki, mədəni xalq imicini yartmağa cəhd edən almanların genlərindəki bəd niyyət heç vaxt onları tərk etməyəcək.


AŞPA kimi bir oyuncaq təşkilatı Azərbaycana qarşı hürüdənlər nə qazanacaqlar? Azərbaycan 30 ildir ki, bu qəbildən olan basqılarla üz-üzə olsa da onun karvanı daynmır – yəni it hürsə də karvanımız öz yoluna davam edir…


Azərbaycana qarşı bütün bu basqılar son bir neçə ildə nədən bu qədər artıb? Qərbin bu oyunlarının 44 günlük ikinci Qarabağ savaşındakı qələbəmizdən və xüsusilə də keçən ilin 19-20 sentyabr tarixində Qarabağda separatizmin kökünü kəsən antiterror əməliyyatlarımızdan sonra bu şəkildə güclənməsinin əsil səbəbi də torpaqlarımızı öz gücümüzlə işğaldan azad etməyimiz, o torpaqlarda kök salmış separatizmin kökünü birdəfəlik kəsməyimizdir. Bu qıcığı son aylarda yaradan bir başqa amil isə odur ki, Azərbaycanla Ermənistan öz aralarında sülh müqaviləsinin vasitəçilərin xidmətindən istifadə etmədən bağlamaq istiqamətində müəyyən addımlar atmağa başlayıblar.


Qərb bu bölgədən nə istəyir? Onun nə Ermənistan nə də Azərbaycan sevgisi yoxdur. Qərb sadəcə Cənui Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada əsaslanmağı düşünür. Çünki bölgənin hazırkı imkanlarını, eyni zamanda perspektivdə onun nə qədər böyük əhəmiyyət kəsb edəcəyini yaxşı anlayır. Bir sözlə, Qərb və onun bugünkü sözçüsü Fransa, Azərbaycan başda olmaqla, Cənubi Qafqazın nəhəng bir nəqliyyat habına və ticarət mərkəzinə çevriləcəyini yaxşı bilir və bu səbəbdən indidən bölgənin aktiv oyunçusuna çevrilməyə cəhd göstərir. Lakin bütün cənfəşanlıqlara baxmayaraq, bu Qərb üçün həlli mümkün olmayan bir məsələdir.


Qərbin bu çirkin oyunlarından sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin gecikməsinin əsil səbəbləri ortaya çıxır. Sülh müqaviləsinin bağlanması prossesinin uzadılmasının arxasında Qərb və ilk növbədə Fransa dayanır! Ermənistan bu məsələdə müstəqil hərəkət etmək və qərar qəbul etmək imkanlarından özünü artıq çoxdan məhrum edib. N.Paşinyanın sülh müqaviləsi ətrafındakı bütün bəyanatları sadəcə əsası olmayan boş danışıqdan başqa heç nə deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağı gerçəkdən istəsə belə Qərb və onun qızışdırıb ortaya saldığı Fransa buna imkan verməyəcək. Çünki, sülh müqaviləsinin bağlanması ilə Cənubi Qafqazda mövcud olan münaqişə ocağı tam sönmüş olacaqdır. Bəs o halda dünyanın hər yerində özünə yalnız yaratdıqları və idarə etdikləri konfliktlərlə yer alan Qərb güclərinin və xüsusilə də Fransanın Cənubi Qafqaza giriş qapısı haradan olacaq? Bölgədə konflikt yoxdursa, Fransa kimi ölkə bu bölgəyə hansı adla, kimin “hüquqlarını müdafiə etmək” üçün gələcəklər? Bu səbəbdən Fransa və onun arxasında dayanan digər böyük güclər öncə Qarabağa ermənilərin qaytarılmasına və onlara hər hansı bir statusun alınmasna çalışırlar. Hesab edirlər ki, sülh müqaviləsinin bağlanmasının vaxtını uzadıb, Azərbaycana müxtəlif formalarda təziqlər göstərməklə, onu buna məcbur edə bilərlər.


Çox qəribə bir mənzərə yaranıb - Ermənistan hakimiyyəti və onun başında dayanan N.Paşinyan artıq dəfələrlə Qarabağ Azərbaycandır deyib, Azərbaycanın ərazi bütövlüyünü tanısa da və keçən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun keçirtdiyi antiterror əməliyyatından sonra Qarabağdan könüllü şəkildə Ermənistana köçüb getmiş ermənilərin geri qaytarılması ilə əlaqədar heç bir təşəbbüs göstərməsə də Fransa və onun təsir dairəsində olan AŞPA kimi qondarma təşkilatlar bu məsələdə sakitləşmək bilmir. Fransa senatı, AŞPA bununla bağlı qətnamə qəbul edir, ermənilərin geri qaytarılmasını və onlara təminat verilməsini tələb edirlər. Halbuki Ermənistan parlamenti bununla bağlı artıq çoxdan susub. Bunlar artıq ermənidən daha çox erməni olmaq yolunu tutublar. Təbi ki, bu erməni sevgisi deyil. Sadəcə Qərbin Cənubi Qafqaza girməsu üçün ermənilər son və yeganə ümüd alətidirlər.

Bütün bunlar bir daha göstərir ki, sülh müqaviləsinin bağlanmasına kimlər və nə üçün mane olurlar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər