Ru
18:53 / 02 İyun 2025

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi
Eye

Paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Bakupost.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.

O bildirib ki, "Hyundai" markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb. O, inzibati qaydada həbs olunub.

L.İsrəfilli qeyd edib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar