Ru
12:30 / 09 Fevral 2024

Parkinq ödənişlərində kart tələbi: "Fırıldaqçılıqdır!" - Şikayət

6690
Azərbaycanda avtomobillərin parklanmasına görə yeni qaydaların tətbiqi bir sıra narazılıqlara səbəb olub. Parklanma qiymətlərinin baha olması bir yana, avtomobil sahibləri ödəniş zamanı da ciddi problemlərlə üzləşirlər.

Məsələ ilə bağlı Bakupost.az –a müraciət edən sürücülərdən biri bildirib ki, balansında pul olduğu halda ödəniş edə bilmir:

“Ümumiyyətlə, yeni parkinq qaydalarında çatışmazlıqlar çoxdur. Hamı çətinlik çəkir. Hazırda mənim “Azparkinq” balansımda 9 manat 20 qəpik pulum var. Mən oradan ödəniş etmək istəyirəm. Məndən tələb edir ki, ora kart əlavə edim. Mən heç bir sistemə kartımı əlavə etmək istəmirəm. Buna məcburuq? Mənim parkinq balasımda vəsait var, sən borcumu oradan silə bilərsən. Sən məni niyə məcbur edirsən ki, kartımı ora əlavə edim? Onda "Azparkinq" niyə lazımdır? Bu problemlə çox adam rastlaşır. Mən başa düşə bilmirəm, bu da fırıldağın bir növüdür? O qədər onlayn yolla oğurluqlar olur ki.... Bəlkə bu da ona xidmət edir?!" .




Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Agentlikdən problemi araşdırıb, məlumat verəcəklərini bildirdilər.


Qeyd edək ki, ölkədə avtomobillərin parklanmasına görə yeni qaydalar iyunun 25-də Nazirlər Kabineti (NK) tərəfindən qəbul edilib. Nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Yeni qaydalara əsasən, nağd ödənişlər qanunsuz hesab olunur.

Ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi istifadəyə verib. Mobil tətbiq vasitəsilə parklanma yerlərinin idarə edildiyi bildirilir. Həmçinin istifədəçilər tətbiq vasitəsilə boş parklanma yerlərini tapa bilərlər.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər