Ru
21:55 / 04 İyun 2025

Partlayışdan öncə detanatoru mənə verən dostumun oğlu idi... - Video

Partlayışdan öncə detanatoru mənə verən dostumun oğlu idi... - Video
Eye

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin budəfəki buraxılışını işğaldan azad olunan torpaqlara səfərinə həsr edib.

Partiya sədri Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin partiya sədrləri, politoloqlar və media nümayəndələrinin işğaldan azad olunan Cəbrayıl, Zəngilan və Laçın rayonlarına təşkil etdiyi növbəti səfər zamanı keçirdiyi hisslərdən danışıb.

“Qarabağın bütün rayonlarına getməyi həmişə intizarla gözləyirəm. Ona görə ki, o rayonların hər biri ilə bağlı sayını bilmədiyim, onlarla xatirəm var. Onların hər birində dostlarım olub, dəfələrlə getmişəm. O yerləri bir də necə görəcəyəm? Əvvəlki gözəllik, nizam qalıbmı? Təbii ki, qalmayıb. Bunu əvvəldən bilirdik. Amma yenə adamın ürəyində kiçik bir çırpıntı olur ki, görəsən, əvvəlki ruhun kiçik bir zərrəsini hiss edəcəyəmmi?”, - deyə o qeyd edib.

Səfərlə bağlı təəssüratlarını bölüşən S.Rüstəmxanlı işğaldan əvvəl dəfələrlə olduğu Cəbrayılda təzadlı mənzərə ilə üzləşdiyini bildirib.

Qeyd edib ki, bağ-bağatlı, abad, uca çinarların sıralandığı Cəbrayıl ermənilər tərəfindən tamamilə dağıdılıb, rayonun özü və kəndləri talan edilib, evlərin yalnız uçuq divarları qalıb. Buna baxmayaraq, Xalq şairi işğaldan azad olunandan sonra Cəbrayılın sürətlə abadlaşdığını, kəsilən çinarların pöhrələndiyini, yeni yolların, yaşayış evlərinin inşa edildiyini, artıq rayona 2500 nəfər əhalinin köçürüldüyünü vurğulayıb.

S.Rüstəmxanlı səfər zamanı "Araz" Sənaye Zonası, Zəngilan və Laçın rayonlarında olduqlarını da bildirib, burada görülən böyük quruculuq işlərindən söz açıb.

Ətraflı videoda:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar