Ru
13:28 / 06 Dekabr 2022

Paşinyan Qarabağı Makron və Mişelin iştirakı ilə verdi - Erməni deputat

3859
“Nikol Paşinyan Praqada Makron və Mişelin iştirakı ilə Qarabağı Azərbaycana təslim etdi. Bunu Astanada İlham Əliyev dedi (Paşinyan susaraq buna razılıq verdi). Bu barədə Moskvada Lavrov da danışır. Nəhayət, Putin də "Valday"da çıxışında bunu dedi".

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, Praqada Paşinyan rəsmən Qarabağı Azərbaycana təslim etdi və anti-Rusiya koalisiyasına qoşuldu, amma paralel olaraq Moskvaya da “hə” deyir.

"Aydındır ki, Əliyev Moskvanın Qarabağın statusu məsələsini gələcəyə buraxmaq təklifi ilə razılaşmayacaq. Çünki o, artıq Qarabağı Nikol Paşinyandan alıb? Ona görə də azərbaycanlı “ekoloqlar” Qarabağla Ermənistanı birləşdirən yeganə yolu bağlayır, hansısa keçid məntəqəsinin yerləşdirilməsindən danışılır, bir daha erməni toponimlərindən istifadə etməmək tələb olunur”, - deyə Tevanyan vurğulayıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər