Ru
21:00 / 04 Avqust 2022

Paşinyanın "Qarabağda əsgərlərimiz yoxdur" deməsi riyakarlıqdır - Politoloq

Paşinyanın "Qarabağda əsgərlərimiz yoxdur" deməsi riyakarlıqdır - Politoloq
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Qarabağda ölkəsinin hərbçilərinin olmadığını bildirib.

O, eyni zamanda sərhəddə baş verən son hadisələrin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı bir sıra suallar yaratdığını deyərək, onları tənqid edib. İddia olunur ki, Paşinyan rus sülhməramlılarının yerinə Qərb sülhməramlılarının yerləşdirilməsini istəyir.

Bəs Paşinyanın son bəyanatı və çıxışı nəyə hesablanıb? O, Qarabağdakı erməni silahlılarına görə məsuliyyəti üzərindən atmaqmı istəyir?

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Bakupost.az -a açıqlama verib.


Q. Hüseynli bildirib ki, Paşinyanın fikirləri riyakarlıq və özünü təkzib etməkdir. Erməni işğalçı qüvvələrinin bölgədə olması isə faktdır:



“Ermənilərin Baş Qərargah rəisinin müavini ilə dəfələrlə Azərbaycanın suverin torpaqlarında erməni qoşunlarının olması barədə danışılıb. Təxminən 3 gün bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan da bildirdi ki, sentyabra qədər Qarabağ ərazisindəki qoşunları çıxaracaq və bir daha oraya çağırışçı göndərməyəcəklər. Üstəlik, Azərbaycan ordusunun Baş Qərargah rəisi Rusiya Müdafiə Nazirliyinin nümayəndəsilə Qarabağ ərazisindən erməni əsgərlərinin çıxarılması barədə razılığa da gəlmişdi. Həmin söhbətdə iyunun ortalarına qədər qoşunların çıxarılacağı bəyan edilmişdi”.


Politoloq Paşinyanın son çıxışını "hiyləgər və ikiüzlü bəyanat" adlandırıb:


“Dünən xəbər yayıldı ki, Ermənistan Silahlı Qüvvələri bəzi hissələrini Xankəndindən tələm-tələsik çıxarır. Ona görə də Paşinyanın söylədiyi "bizim Qarabağda əsgərlərimiz yoxdur" fikri tamamilə yalandır. Onun yalanları bir daha göstərir ki, Ermənistan əksər məsələlərdə, o cümlədən sülhyaratma prosesində səmimi deyil və konstruktiv mövqe tutmur”.

Fəridə
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar