Ru
14:24 / 27 Mart 2024

Arıqlama dərmanına görə 100-dən çox insan xəstəxanalıq oldu

1409
Yaponiyada “Beni-koji” pəhriz dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, Kobayashi Pharmaceutical Co. Şirkətdən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qəbul edən 100-dən çox insan xəstəxanalıq olub.

Xəstələrin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.

Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.

Səhiyyə Nazirliyi məhsulu qəbul edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini bildirib.

Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər qəbul etdiyi müəyyən edilib.

Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" üçün təcili yoxlamalar aparacaq.

Rəsmi Kyodo agentliyi bildirir ki, 2023-cü ildə şirkət 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər