"2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əməkhaqqı 8.3 faiz artıb. Orta aylıq əməkhaqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır".
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır:
"Builki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq".
Bu nə ağılsız müyardır.Azərbaycanda ərzaq daxil olmaqla qiymətlər 25-55 faiz artdığı halda sizin 8 faizinizlə pensiyaçılar necə yaşamalıdırlar? Bunu düşünən ağıllı baş varmı?Orta əmək haqqı anlaşılmaz və uyğunsuz göstəricidir.Siz deputatın maaşını 3000-4000 .bəzi məmurların maaşlarıçı 600-7000 artırıb orta əmək haqq heablayıb sonra pensiyaçıları zəlil etmək düşünürsünüz?Bu yanlış rəqəmlərlə manipulyasiya edib əhalini çıxılmaz vəziyyətə salırsınız.