Ru
17:06 / 03 İyun 2025

Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri qəbul etdi

Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri qəbul etdi
Eye

İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi yayıb.

Qeyd olunur ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib.

"Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz", - deyə o bildirib.

Vurğulanıb ki, İran prezidenti Azərbaycanla yanaşı, Kot-d'İvuar, Meksika, Kuba və Uruqvaya da yeni təyin olunmuş səfirləri qəbul edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar