Ru
10:03 / 05 İyun 2025

Arvadını ürəyindən bıçaqlayıb evdə sağatmaq istədi - HƏBS OLUNDU

Arvadını ürəyindən bıçaqlayıb evdə sağatmaq istədi - HƏBS OLUNDU
Eye

Bakıda qadın bıçaqlanıb.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Rahim Rəhim oğlu Səfərov faktiki nikah münasibətində olduğu Mehriban Ramiz qızı Abbaszadə ilə mübahisə edib.

Mübahisə nəticəsində R.Səfərov həyat yoldaşını ürəyindən bıçaqlayıb. O, Mehriban Abbaszadəni həkimə aparmadan, kirayə yaşadığı həmin mənzildə ona tibbi yardım göstərsə də, bir müddətdən sonra yaralının vəziyyəti pisləşib. O, məcburiyyət qarşısında həyat yoldaşını Sabunçu Tibb Mərkəzinə yerləşdirib.

Rahim Səfərov şübhəli şəxs qismində tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar