Ru
18:08 / 01 Noyabr 2023

Polis saxta kitab satanları saxladı - Mağazaların adları - FOTO

14951
Bakıda polis saxta kitab satanlara qarşı əməliyyat keçirib.


Bakupost.az xəbər verir ki, bu barədə Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat paylaşıb.


"Bir müddətdir kitab dükanlarını gəzirik. Kitablarımızın pirat nüsxəsi vahiməli dərəcədə çoxdur. Əziyyətlə müəllif hüquqları alırıq, tərcüməsini, redaktə və keyfiyyətli kağızlarda çapını edirik, oxucularımızı razı salmaq üçün hər çür çabalar göstəririk, nacins insanlar kitablarımızın üzünü çıxarıb satırlar.

Xüsusən Sədərək ticarət mərkəzi və 28 May ətrafında məktəb ləvazimatları satan dükanlar, İnşaatçılar, Əhmədli, Həzi Aslanov metro çıxışlarında olan dükanlarda.

Əziz oxucu, siz bilmədən kitab alır, oxumağa başlayanda boyası əlinizə çıxır, mətn oxunmur, belə keyfiyyətsiz nəşrə görə bizi qınayırsız. Amma bilin ki, keyfiyyətsiz kitabları sizə satan vicdanlı kitabçılar deyil, onlar kitab piratçılarıdır, yəni kitab oğrularıdır. Onlar sizləri aldadırlar. Xəbəriniz olsun. Onlar həm də bununla qanunları pozurlar.

Bu barədə artıq Daxili İşlər Nazirliyinə müraciət etmişəm və çox sağ olsunlar dərhal əməliyyat keçirilib və dükanlardan üzü çıxarılmış kitablar yığışdırılıb. Bu proses hələ bitməyib.

Amma bu azdır. Gərək oxucular özləri daha tələbkar olsunlar. Oğurlara dəstək verməsinlər.

Mən bir daha sizə müraciət edirəm, pirat kitablar üzrə ad çıxaran Qlobus dükanlar şəbəkəsi (Dilarə Əliyeva küçəsi ev 235 A, ikinci mərtəbə və zirzəmidə, Qara Qarayev 27 də) Zəka dükanı, 28 May kitab evi, Elm kitab evindən bizim kitabları almayın.

Bütün bu şəbəkəni quranlar Fərman -Çeyhunlar, Məzahirlər, Hicranlar oğurluğun ömrü həqiqət çox olmaz.

Siz nə özünüzə nə də ətrafınıza başucalığı gətirmisiniz. illər boyu davam edən qanunsuz fəaliyyətiniz mütləq dayandırılacaq.

Kitab tərəqqi işidir, oğurluq yox".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər