Ru
15:25 / 28 Mart 2023

Pul yığa bilməyiblər deyə sərhədləri açmırlar - Tural Abbaslı

4519
“Əvvəl də qeyd etmişdim ki, sərhədlərin açılmamasının COVID-19-la heç bir əlaqəsi yoxdur. Bu sırf hakimiyyətdə təmsil olunan bəzi oliqarxların maddi durumunun yaxşılaşdırılması və daha çox gəlir əldə etmələri üçündür”.


Bu fikirləri Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a quru sərhədlərin açılmamasına münasibət bildirərkən deyib.


O, quru sərhədlərin açılmamasının arxasında hansısa iqtisadi maraqların dayandığını vurğulayıb:


“İnsanlar başqa ölkəyə qatarla, öz maşınlar ilə gedə bimir, amma təyyarə ilə gedə bilir. Virus təyyarəyə minməyə qorxur? Gömrük xidməti virusları təyyarədə saxlayır? Məntiqsiz bir qərardır. Bu sırf hakimiyyətdə təmsil olunan bəzi oliqarxların maddi durumunun daha da yaxşılaşdırılmasına xidmət edeir. Daxildəki bəzi ərzaq məhsullarının qiyməti 2-3 dəfə artırıb. Quru sərhədlərin bağlı olması buna təsir edir. Çünki sərhədlər açıq olduqda Türkiyə, İran, Gürcüstan və Rusiya kimi ölkələrdən kifayət qədər ərzaq məhsulları gətirilir. Belə olduqda da oliqarxlar öz məhsullarını sata bilmir”.


T.Abbaslı pandemiya ilə bağlı bütün məhdudiyyətlərin aradan götürülməsini vacib sayır:


“Artıq dünya pandemiyadan imtina edib. COVID-19-la bağlı daim bədbin danışan Bill Qeyts belə bu virusun əvvəlki qədər qorxulu olmadığını bildirib. Amma Azərbaycan hələ də quru sərhədləri bağlı saxlayır. Operativ Qərargah nə düşünür, bilmirəm. Artıq pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan götürülməlidir. Ötən 1 ildə bu məsələlər həll edilməli idi. Görünür, lazımi qədər pul yığa bilməyiblər deyə sərhədlərin açılmasında maraqlı deyillər.”

Aynur İbrahim
BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər