Ru
21:54 / 17 İyun 2024

Putin əmisi qızına yüksək vəzifə verdi - FOTO

Putin əmisi qızına yüksək vəzifə verdi - FOTO
Eye

Rusiya prezidenti Vladimir Putin yaxın qohumu Anna Tsivilevanı Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.

Bakupost.az “Novaya qazeta”ya istinadla xəbər verir ki, o, bununla bağlı fərman imzalayıb.

Tsivileva yeni vəzifəsində hərbçilərin sosial və mənzil təminatına cavabdeh olacaq, onları “yeni keyfiyyət səviyyəsinə” çatdıracaq”, - RusiyaMüdafiə ndən bildirilib.

Anna Tsivileva (qızlıq soyadı Putina) Putinin əmisi qızıdır. O, bu ilin may ayında nazir postu almış Rusiyanın energetika naziri Sergey Tsivilevin həyat yoldaşıdır. Bundan əvvəl Sergey Tsivilev Kemerovo vilayətinə rəhbərlik edirdi.

Ukraynada hadisələrin başlanmasından sonra Anna Tsivileva "Vətənin Müdafiəçiləri" Xüsusi Hərbi Əmliyyatın iştirakçılarına dəstək fonduna rəhbərlik edirdi. Ona qarşı Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və İsveçrə tərəfindən sanksiyalar tətbiq edilib.

Zaur, BakuPost

Putin əmisi qızına yüksək vəzifə verdi - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar