16:56
Rusiya Prezidenti Vladimir Putin həm Prezident Trampa, həm də İran rəsmilərinə İranın uranı zənginləşdirməsinə mane olacaq nüvə sazişini dəstəklədiyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə “Axios” müzakirələrdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Üç Avropa rəsmisi və məsələ ilə tanış olan bir İsrail rəsmisinin sözlərinə görə, Moskva İranı “sıfır zənginləşdirmə” ilə razılaşmağa çağırıb.
İki mənbə bildirib ki, ruslar həmçinin Putinin İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi barədə İsrail hökumətinə məlumat veriblər.
“Biz bilirik ki, bunu Putin iranlılara deyib”, - İsrailin yüksək rütbəli rəsmisi deyib.
Amerika mediası bildirir ki, Putin bu mövqeyini keçən həftə Tramp və Fransa prezidenti Emmanuel Makronla telefon danışığında da ifadə edib.
Qeyd edək ki, İran uzun müddətdir ki, istənilən sazişin bir hissəsi kimi zənginləşdirmə qabiliyyətini saxlamalı olduğunda israr edir.
Asena,
BakuPost