Ru
16:03 / 29 İyul 2024

Putin Lavrovun birinci müavinini işdən çıxardı

Putin Lavrovun birinci müavinini işdən çıxardı
Eye

Rusiya prezidenti Vladimir Putin Lavrovun birinci müavini Vladimir Titovu vəzifəsindən azad edib.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 66 yaşlı Vladimir Titov Xarici İşlər Nazirliyində inzibati, kadr və konsulluq məsələləri, Avropa ölkələri ilə əlaqələrə məsul idi.

Qeyd edək ki, V.Titov 1980-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. Bu müddət ərzində o, Rusiyanın İsveçdəki səfirliyinin müşaviri, Bolqarıstandakı səfiri, xarici işlər nazirinin müavini olub. 2013-cü ildə o, nazirin birinci müavini vəzifəsinə təyin edilib.

Rusiyada dövlət qulluğunun yaş həddi 65-dir. Lakin dövlət qulluqçularının bəzi kateqoriyaları üçün yaş həddi 70 yaşa qədər uzadıla bilər.

Vasif
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar