Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:38 / 19 Noyabr 2024

Putindən nüvə həmləsi: "Bu, Qərbə qəti siqnaldır"

1811

Rusiya prezidenti Vladimir Putin, Bayden administrasiyası Ukraynaya verdiyi uzun mənzilli ATACMS raketlərinin Rusiya ərazisinə qarşı istifadəsini təsdiqlədikdən sonra gücləndirilmiş nüvə doktrinasına dair fərmanı imzaladı.

Bakupost.az bildirir ki, Putinin qərarından sonra Ukrayna Baş Qərargahı sərhəddən təxminən 115 kilometr aralıda yerləşən Bryansk bölgəsində Rusiyanın arsenalını vurduqlarını açıqladı. Rusiya Müdafiə Nazirliyi isə Ukraynadan atılan 6 raketdən 5-nin vurulduğunu iddia etdi.

Beləliklə, Rusiya prezidenti Putin Bayden administrasiyasının verdiyi qərardan sonra nüvə doktrinasını dəyişməyə qərar verdi. O, yenilənmiş nüvə doktrinasını təsdiq edən fərman imzaladı. “Rusiyanın suverenliyini qorumaq üçün son çarə” olduğu bildirilən nüvə doktrinasında “Rusiya nüvə silahının istifadəsinə icazə verən dəyişikliklərə aydınlıq gətirməli idi” ifadəsi işlədilib.

Putinin imzaladığı doktrinada silahın tətbiqi ilə bağlı kateqoriya genişləndirilib. Yeni varinatda qeyd olunub ki, hər hansı qeyri-nüvə dövləti tərəfindən nüvə silahına malik dövlətin iştirakı və ya dəstəyi ilə həyata keçirilən hücum Rusiyaya qarşı birgə hücum hesab ediləcək:

“Hətta qeyri-nüvə silahı ilə də hücum olacağı təqdirdə belə Rusiya tərəfindən nüvə cavabı veriləcək. Bu qərar Belarusa qarşı hücum vəziyyətini də ehtiva edir”.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, imzalanmış nüvə doktrinasına dair fərman Qərbdə “qəti siqnal kimi qəbul edilməlidir”.

"Bu qərar bu ölkələrə müxtəlif vasitələrlə ölkəmizə hücumda iştirak etsələr, bunun nəticələri ilə bağlı xəbərdarlıqdır" – deyə, o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Qərb dövlətlərini Rusiyanın təhdidlərinə məhəl qoymamağa çağırıb. Ukrayna Baş Qərargah rəisi Andriy Yermak Putinin qərarının şantajdan başqa bir şey olmadığını bildirib.

“Rusiyanın artıq nüvə şantajından başqa dünyanı qorxutmaq üçün heç bir vasitəsi qalmayıb. Bu üsullar işləməyəcək” – deyə, Yermak qeyd edib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada bildirilib ki, bu gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı logistika mərkəzinin 1046 saylı sursat anbarına zərbələr endirib.

Açıqlamada saat 02.30-a kimi hədəfə alınan ərazidə 12 ikinci dərəcəli partlayışın qeydə alındığı bildirilib və “Ukraynaya təcavüzün dayandırılması üçün Rusiya ordusuna aid silah-sursat anbarlarının dağıdılması davam etdiriləcək” ifadəsi işlədilib.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar