"Putin özünü və mənsub olduğu zümrənin siyasi hakimiyyətini müdafiə etmək, məğlubiyyətdən boyun qaçırmaq, canını qurtarmaq üçün belə qərar verib. Bu qərar onu xilas etməyəcək. Putin bu addımla məğlubiyyətə məhkumdur".
Bu fikirləri
Bakupost.az -a Rusiyada qismən səfərbərliyin elan olunmasını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Politoloq bildirib ki, indiyə qədər Ukrayna xalqı bütün imkanları ilə Vətəni müdafiə edir, Rusiya isə mövcud imkanları ilə təcavüzünü həyata keçirirdi:
"Lakin indiki səfərbərlikdən sonra qarşıdurmanın həddi yüksələcək. Belə bir məqamda Qərb seçim qarşısında qalacaq. Ya Ukraynaya göstərdiyi hərbi yardımı genişləndirməlidir, ya da Rusiyanın hərbi qələbəsinə dözməlidir. Düşünürəm ki, Qərb Ukraynaya göstərdiyi hərbi yardımın həcmini artıracaq. Əminəm ki, belə olan halda Ukraynanın hərbi qələbəsi labüd olacaq".
Putinin səfərbərlik xəbərindən sonra yeni müharibənin nə vaxt başlayacağı sualına politoloq belə cavab verib:
"Putin 300 min adamı səfərbərliyə cəlb edib. İndi ən azı bir neçə ay lazımdır ki, bu qədər insanı yığsınlar. Nəzərə alsaq ki, ehtiyatda olan zabitlər uzun müddətdir hərbi qulluqdan uzaqlaşıb, ona görə də hələ onları təlim mərkəzlərinə, düşərgələrə yığaraq 2-3 ay hərbi təlim keçməlidirlər. Daha sonra onları hansısa hərbi hissələrdə toplayacaqlar. Hesab edirəm ki, bu proseslər azı 5-6 ay çəkəcək. Yox, əgər heç bir təlim keçmədən, hamını yığıb döyüşə göndərsələr, demək onları birdəfəllik ət maşınına atmış olurlar. Bununla da Rusiya ordusunda meyitlərin və əlillərin sayı çox olacaq. Putin indi çağırış elan edibsə, normal halda hərbi hissə yalnız və yalnız 5 aydan sonra döyüş meydanına girə biləcək".
Fərid
Baku Post
Murdar ermənilərin vasitəsi ilə murdar işlərlə məşğul olanlar kələfin ucunu itiriblər. Vaxt var idi bizdə də küçələrdən insanları tutub müharibəyə aparırdılar. Halbuki hərbi komissarlıqlarda ehtiyyatda olan təcrübəli əsgər zabit heyəti barədə məlumatlar olub....