Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.
Bakupost.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Konyaspor” – “Sivasspor” matçı qolsuz bitib. “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilən İstanbul derbisində isə qonaqlar inamlı qələbəyə seviniblər.
Oyunda hesab avtoqolla açılıb. Livakoviç 20-ci dəqiqədə topu öz qapısına göndərib. Mertens 28-ci dəqiqədə hesabı 2:0 edib. “Qalatasaray”ın üçüncü qoluna isə 60-cı dəqiqədə Qabriel Sara imza atıb. “Fənərbaxça”nın təsəlli qolu 63-cü dəqiqədə penaltidən Edin Dzekodan gəlib.
Türkiyə Super Liqası
6-cı tur
20 sentyabr
Hatayspor – Bodrumspor 0:1
Qol: T.Seferi, 27.
21 sentyabr
Konyaspor – Sivasspor 0:0
Fənərbaxça – Qalatasaray 1:3
Qollar: Dzeko, 63-pen – Livakoviç, 20-öz qapısına. Mertens, 28. Q.Sara, 60.
22 sentyabr
18:00. Kasımpaşa – Antalyaspor
18:00. Rizəspor – Samsunspor
21:00. Adana Dəmirspor – Alanyaspor
21:00. Beşiktaş – Eyüpspor
23 sentyabr
21:00. Qaziantep – Trabzonspor
21:00. Göztəpə – Kayserispor