Ru
22:34 / 17 İyun 2025

"Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb etdi

"Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb etdi
Eye

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

Klubdan Bakupost.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense" komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense" olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense", həmçinin "Atletiko Paranaense", "Vitoriya" və "Yuventud"un şərəfini qoruyub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar