Ru
23:10 / 17 İyun 2025

Bu, dünyanı fəlakətə sürükləyir - Rusiya XİN

Bu, dünyanı fəlakətə sürükləyir - Rusiya XİN
Eye

İsrailin İrandakı dinc nüvə obyektlərinə hücumları qanunsuzdur və dünyanı nüvə fəlakətinə sürükləyir.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrailin İrana qarşı hərəkətlərini yalnız onun faktiki şəriki olan dövlətlər dəstəkləyir.

"Rusiya qəti şəkildə inanır ki, İran-İsrail nizamlanmasına yalnız diplomatiya yolu ilə nail olmaq olar", - bəyanatda deyilir.

Moskva, İranın nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə sadiqliyini və Vaşinqtonla təmasları bərpa etməyə hazır olduğunu açıq şəkildə bəyan etməsini qeyd edir.

"İsrailin İranın dinc nüvə obyektlərinə davam edən intensiv hücumları beynəlxalq hüquq baxımından qeyri-qanunidir, beynəlxalq təhlükəsizliyə qəbuledilməz təhdidlər yaradır və dünyanı nüvə fəlakətinə sürükləyir. Bu fəlakətin nəticələri bütün dünyada, o cümlədən İsrailin özündə də hiss olunacaq. Rusiya İsrail rəhbərliyini düşünməyə və AEBA-nın təminatları altında olan İranın nüvə obyektlərinə hava hücumlarını dərhal dayandırmağa çağırır", - Rusiya tərəfi bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar