Ru
22:08 / 18 İyun 2024

Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Açıqlama

Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Açıqlama
Eye

Beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır.

Bakupost.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Oxu.az-a müsahibəsində bildirib.

"Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq. Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər", - o qeyd edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar