Ru
23:56 / 23 Sentyabr 2022

"Qarabağda sülhməramlı məsələsi öz həllini tapmalıdır" - Ərdoğanın sözçüsü

1435
"Ümid edirik ki, Ermənistanın təxribatları yeni müharibəyə çevirilməyəcək".



Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.



Onun sözlərinə görə, hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi var.



“Əsas problem budur ki, 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalanıb, amma sülh sazişi yoxdur. İndi bu istiqamətdə müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli sazişdir. İki dövlətin münasibətləri normallaşma üçün addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq”, - deyə Ərdoğanın sözçüsü qeyd edib.



O vurğulayıb ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər