Ru
22:40 / 15 Noyabr 2022

"Qarabağ"la oyundakı hadisələrə görə "Nant"a AĞIR CƏZA

"Qarabağ"la oyundakı hadisələrə görə "Nant"a AĞIR CƏZA
Eye

UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.


Qitə futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, buna Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.


Klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.


Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün "Nant"a xəbərdarlıq edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar