Ru
12:42 / 17 İyul 2026

“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ

“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən  Söygülünün SON SÖZLƏRİ
Eye

Ağdaşda itkin düşən 28 yaşlı Söygülü Yusibovadan 5 aydan çoxdur xəbər yoxdur. Qadının anası Zemfira Kərimova qızının tapılması üçün aidiyyəti qurumlara müraciətlər edib.

“Bakupost” xəbər verir ki, ana hadisə ilə bağlı jurnalist Mələk Hacıyevaya danışaraq yeni detallar açıqlayıb.

Z.Kərimovanın iddiasına görə, Söygülü itkin düşməzdən əvvəl sonuncu dəfə onunla danışarkən qayınatası Qədim Yusibovun ona qarşı nalayiq hərəkətlər etdiyini bildirib:

“Axırıncı dəfə gələndə dedi ki, qayınatam mənə əl atır. Sirkə içəndə getmişdik, Qədim qoymadı qızım desin ki, ona niyə sirkə içizdirib. Qədim qızıma əl atıb. Ona görə də Ağdaş rayonunun Kükəl kəndində olan evi satıb rayonun Maşat kəndinə köçdülər. İndi də gəlib deyirlər ki, qızın yoxdur. Bəs yoxdursa, onda mənim qızım haradadır?”.

Qeyd edək ki, Söygülü Yusibovanın tapılması üçün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət planlaşdırılır.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar