Ru
11:11 / 24 May 2025

AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə memorial ucaldıldı - VİDEO

AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə memorial ucaldıldı - VİDEO
Eye

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın “NewTimes.kz” saytı məlumat yayıb.

Bildirilib ki, həmin əraziyə skamyalar qoyulub, hasara alanan hissədə güllər əkilib.

Tüpkaraqan rayonunun yerli idarəetmə orqanı xatirə meydançasının yerli sakinlərin təşəbbüsü ilə yaradıldığını təsdiqləyib.

Qeyd olunub ki, xatirə meydançasının qurulması insanların buraya gəlməsi, skamyalarda oturması və qurbanların xatirəsini ehtiramla yad etməsi məqsədi daşıyır.

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

" target="_blank">

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar