Qərbi Kaspi Universitetində tələbə və məzunların karyera imkanlarını genişləndirmək məqsədilə Əmək Yarmarkası təşkil olunub.
Bakupost.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif sektorlarını təmsil edən 30-dan artıq tanınmış şirkət iştirak edib. Onlar tələbə və məzunlara hazırkı vakansiyalar, təcrübə proqramları və işə qəbul prosedurları haqqında ətraflı məlumat veriblər.
Məzunlar və son kurs tələbələri işəgötürənlərlə fərdi şəkildə tanış olaraq, maraqlandıqları sahələr üzrə karyera perspektivlərini müzakirə ediblər.