Ru
14:18 / 24 May 2025

Ağsuda fəhlə faciəvi şəkildə öldü – Təfərrüat

Ağsuda fəhlə faciəvi şəkildə öldü – Təfərrüat
Eye

Ağsu rayonu ərazisində fəhlənin yıxılaraq ölməsi ilə bağlı bəzi detallar məlum olub.

Bakupost.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin Kalva kənd üzrə icra nümayəndəsi Cavid Qədirov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Muğanlı-İsmayıllı yolunda asma körpü tikilən ərazidə baş verib.


“Ötən gün, günortadan sonra olub, amma ora Kalva kəndi ərazisi deyil. Biz müəyyənləşdirmişik, hadisə Şamaxı rayonunun ərazisinə düşən Qurdtəpə kəndidə olub.

Onlar betondan istinad divarı çəkirdilər. Necə olubsa, fəhlə həmin istinad divarının üç metr hündürlüyündən yıxılıb. Başı hərlənib, ya ayağı sürüşüb, hələki dəqiq bilinmir. Araşdırma aparılır. Əslində elə hündür yer də deyil ora. Sadəcə başı dəyib. Hazırda mən də əməkdaşlarla birlikdə ərazidəyəm”, – deyə icra nümayəndəsi bildirib.

****

Mayın 23-ü, saat 19 radələrində Ağsu rayonunda fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kalva kəndinin ərazisində qeydə alınıb.

Qobustan rayon sakini – 1964-cü il təvəllüdlü Umud Seyfəddin oğlu Cəfərov hündürlükdən yıxılaraq ölüb. Hadisənin U.Cəfərovun fəhlə işlədiyi ərazidə qeydə alındığı bildirilir.

Rayon prokurorluğunda araşdırmalar aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar