“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib.
Bakupost.az xəbər verir ki, A.Salayev bununla bağlı Qaynarinfo-ya danışıb.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:
“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.
Röya Ayxan isə instaqram hesabında video yayaraq, A.Salayevin ünvanına sərt sözlər deyib:
“Deyirlər rəhmətliklər təzədən dirilib. Enerjiyə gəlmisiniz, elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Məni gördünüz salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın. Ay mən olmuşam, ay mən belə getdim… Bəli, birinci mən. Bəli, hər şeyin ən gözəlini ən layqincə edəni mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin? Ya hamı bir-birini dəstəkləsin, sevsin, əlini sıxsın, ya da ümumiyyətlə, heç kim adımı çəkməsin”.