2025-ci ilin əvvəlindən mayın 7-dək Rusiyaya 432,2 min ton kartof idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Bakupost.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Göstərilən dövrdə Ermənistandan 5,1 min ton kartof idxal edilib. 2024-cü ilin eyni dövründə (2024-cü ilin əvvəlindən ötən ilin may ayına kimi) Ermənistandan idxal cəmi 490 ton təşkil edib.
Bu, Ermənistanın Rusiyaya kartof tədarükünün 10 dəfədən çox artırdığını göstərir.