Moskva indi postsovet məkanında mövqelərini möhkəmləndirir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri, belə demək mümkünsə, kəşfiyyat xarakteri daşıyırdı. Matviyenkonun (Rusiya Federasiya Şurasının sədri Valintina Matviyenko – red.) səfəri hazırlanır.
Bakupost.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov Sergey Lavrovun İrəvana 20-21 mayda baş tutan səfərini şərh edərkən deyib.
“Rusiya əlindən gələni etməyə çalışır ki, Ermənistan uzaqlaşmasın. Çünki Ermənistan bir dövlət kimi yoxa çıxsa, bu, bizim üçün son dərəcə ağrılı olacaq. Amma bu, erməni xalqının seçimidir”, - o bildirib.