Ru
13:28 / 24 May 2025

Şahin Bağırov mayor müavinini polkovnik elədi - FOTO

Şahin Bağırov mayor müavinini polkovnik elədi -  FOTO
Eye

Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.

Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar