Ru
11:58 / 24 May 2025

Körpüdə çalışan fəhlə yıxılıb öldü

Körpüdə çalışan fəhlə yıxılıb öldü
Eye

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb.

Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar