Azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırım törətmiş, İkinci Dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş erməni terrorçu Qaregin Njdenin Xocavənddəki abidəsi götürülüb.
Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, ermənilərin "milli qəhrəman"ı olan Qaregin Njdenin abidəsi heykəltəraş Armen Petrosyan tərəfindən hazırlanıb. O, 26 sentyabr 2020-ci ildə separatçı rejim tərəfindən Xocavənddə ucaldılmışdı.
Müharibədən sonra rəsmi Bakının tələbi ilə 2021-ci ildə terrorçunun heykəlinin üzərinə örtük çəkilmişdi. İndi isə terrorçunun izi işğaldan azad edilən torpaqlarımızdan tamamilə silinib.