Ru
16:45 / 23 Oktyabr 2023

Qəzzadan dəhşətli FOTOLAR - Ölənlərin sayı 5 min 87-yə çatdı

15494
Son 24 saatda İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 182-si uşaq olmaqla 436 fələstinli həyatını itirib. Ölənlərin sayı 5 min 87-yə yüksəlib.

17 gündür ağır hücumların yaşandığı Qəzzada xəstəxanalar, məktəblər, məscidlər və bazarlar vurulur.

Bölgədən alınan məlumata görə, hücumda ölənlərin çoxu qoca, qadın və ya uşaqlardır...

Son məlumata görə, döyüş bölgəsində 182-si uşaq olmaqla 436 fələstinli həyatını itirib.

Ölənlərin sayı 5 min 87-yə yüksəldiyi halda, onlardan 2 min 55-i uşaq, 1119-u qadındır. Eyni zamanda yaralıların sayı 15 min 273-ə çatıb.

Məhəlləyə hücum

İsrail ordusunun hücumları aramsız olaraq davam edir.

Qəzza şəhərinin Rıdvan məhəlləsinə edilən hücumda ölən və yaralananların olduğu bildirilib.

Hücumdan sonra bölgədə ölü və yaralıların dağıntılar altından çıxarılması işlərinə başlanılıb.

Digər tərəfdən hücuma məruz qalan məhəllədə fələstinlilərin yaşadıqları çarəsiz anlar fotoşəkillərə öz əksini tapıb.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər