Ru
22:20 / 05 Yanvar 2026

Qızılın qiymətinin artacağına əmin idim və... - Prezident

Qızılın qiymətinin artacağına əmin idim və... - Prezident
Eye

Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı.

Bakupost.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir”.

Şərhlər
  • Müxlis Müslümzadə

    Valyuta ehtiyatları ölkəmizə hər il nə qazandırır? Əskidən Qarabağımızda milyon nəfərə yaxın vətəndaş, üç yüz min ailə yaşayırdı. Hər ailə ictimai-faydalı iş fəaliyyətindən əlavə orta hesabla gündə 5-10 yumurta+3 litr (sağlamlıq üçün zəruri) təravətli süd, hər il orta hesabla azı 100-125 ət və dənli taxıldan digər meyvə-tərəvəz və ərzaq məhsullarını becərir, özünü təmin edirdi! Hazırda bir neçə ölkədən idxallara məcbur dövlətik? Valyuta ehtiyatının cəzbini stabil-artan tələbat və dünyəvi-rəqabətli məhsullar istehsalına yönəltsək idxala qənaətlə asılılıqdan sabit-təminat əminliyinə nail ola bilərik! 14 ölkəyə *qaz trubalaşdırılb!* Hazırda neçəsi qaz alır? Kəmər və Kollektorların xərclərini kimlər ödəyib, ya ödəyir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar