***
09:48
İmişli rayonunda qoyunlar tələf olub.
Tələf olan mal-qara kənd sakinləri Məmmədov Rəhim və Məmmədov Rasimə aiddir.
Onlar iddia edirlər ki, heyvanlar qonşuları Musayev Səxavət tərəfindən öldürülüb. Rəhim və Rasim Məmmədovların iddiasına görə, Şahverdili kənd sakini Səxavət dəfələrlə həyətlərindəki mal-qaranı və toyuq-cücəni zəhərləyib.
Bu iddiaların nə qədər əsaslı olduğunu öyrənmək üçün qarşı tərəflə əlaqə saxladıq.
“Nə bilim harada aparıb öldürüb, zəhərləyiblər. Onun qoyunlarıdır, sübut, fakt lazımdır. Bir nümayəndə göndərin, gəlib baxsın. Gəlsin qonşular da görsünlər ki, onun qoyunları ölüb", deyə o, cavabında bildirib.
***
10:59
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -ın sorğusuna cavab olaraq bildirib ki, əvvəllər adıçəkilən ailələr tərəfindən qarşılıqlı olaraq Rayon Polis Şöbəsinə müraciətlər daxil olub, müvafiq araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edilib.
Lakin qeyd edilən məsələ ilə bağlı isə Polis Şöbəsinə rəsmi qaydada müraciət daxil olmayıb.
Daha ətraflı BTV-nin süjetində:
BakuPost