Sabiq deputat Etibar Hüseynov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Nabrandakı villasının görüntülərini yayıb.
Bakupost.az xəbər verir ki, o, Nabranda dəniz sahilində yerləşən villanın 2 hektara yaxın ərazidə tikildiyini bildirib.
"Villanın 2012-ci ildə Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək, "ağsaqqal"a hədiyyə oldunduğu bildirilir. Villa 4 mərtəbəlidir, həyətində hovuz və idman meydançası var", - deyə E.Hüseynov vurğulayıb.
Sabiq deputat bildirib ki, qonşuların dediyinə görə, R.Mehdiyev bu villaya adətən yay aylarında gəlib:
"Burada tanınmış müğənnilərin də iştirak etdiyi axşam ziyafətləri də təşkil olunur".
Həmin görüntüləri təqdim edirik:
Şəmsəddin X. Allahdan Rəhmət. *BakıPost* tək şərhin bu xəbərinə dəqiq-aşkarlıq gətirəcək-Bələdiyyə izni necə, Kim tərəfindən verilib? Binanın layihə müəllifi KİMdir? İcra hakimiyyətinə layihə və icazə ərizəsi kimin adından təqdim edilib? İnşaat haçan aparılıb və hazır bina hansı təyinat üçün kimin sahibliyinə qeyd edilib?, suallarına əlavə sənədlər yazının real gerçək olduğunu təsdiqlərdi. Belə saxtakarlıqlar guya heç Vəzifəlinin xəbəri olmadan hörmət-xətrinə asan icra icra edilsə də, aşkar-araşdırma üçün əlavə nə qədər də xərclər və zaman gərək!?
mənim evim köhnə evdi, damırdı. şiferləri sökdum, getdim ayrı şifer aldım tikəndə polis gəldi. dedim 28 ildi yaşıyıram evimdə şiferin deyişiremdə ev tikmirem ki. 800 aldilar dedilər get şiferivi tik. ölkəni talıyırlar heççç kes bilmədi? görmədi? ???? ???? ???? vallah billah daa sorasin demirem