Ru
12:48 / 15 Fevral 2024

“Range Rover”i 200-lə sürən qadın cəzalandırıldı - VİDEO

2379
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın məsuliyyətə cəlb edilib.

Bakupost.az xəbər verir ki, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq cərimə meydançasına salınıb.


Baş DYP İdarəsindən bildirilib ki, sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb: “Onun barəsində ciddi intizam tədbirləri görülüb. Bir daha bütün sürücülərə və digər yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.

Qeyd edək ki, Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110-dur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər