Ru
14:35 / 09 Avqust 2022

Rəfiqəsinə görə sevgilisini eyvandan atdı

1921

Komsomolsk-Amurun dörd sakininin görüşü onların planlarına uyğun getməyib.


Bakupost.az xəbər verir ki, dostlar Pobeda prospektində bir mənzilə toplaşıb spirtli içki içiblər və əvvəlcə hər şey qaydasında olub.


Daha sonra ev şənliyi zamanı kişilərdən biri ilə 43 yaşlı qadının rəfiqəsi arasında münaqişə yaranıb. Mübahisə kişinin əsəbləşib özündən çıxmasına kimi davam edib. O, qadının yanına gedib və yumruqla onun üzünə zərbə endirib. Bu, zorakılığa məruz qalan qadının rəfiqəsini əsəbiləşdirib və o, təcavüzkarın üzərinə şığıyıb. Daha sonra 43 yaşlı qadın kişini üçüncü mərtəbənin balkonundan itələyib. Xabarovsk diyarı İstintaq Komitəsinin məlumatına görə, beton divarın üzərinə düşən kişi yerindəcə ölüb.


Dostlar isə təcili yardım və ya polis çağırmaq əvəzinə susmağa üstünlük veriblər. Kişinin balkondan yıxıldığını görən qonşular və yoldan keçənlər hadisə barədə polisə və təcili yardıma məlumat veriblər.


Rəfiqəsinin müdafiəsinə qalxan qadın günahını etiraf etməsə də, istintaq zamanı hadisəni onun törətdiyi sübut olunub. Ona 8 il həbs cəzası verilib.


Zaur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər