Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.
Bakupost.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
2022-23 illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.
İnformasiya və rəqəmsal inkişaf sahələri üzrə elmi araşdırmalar aparan R.Əzizov iki 6 kitab, 2 monoqrafiya, ölkəmizdə və xaricdə elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.
Rəşad Əzizov bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb, 20 ildən artıq dövlət qulluğu stajı var. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.