Ru
18:05 / 27 Dekabr 2022

Ronaldo "Real Madrid"ə qayıdır?

10535
Portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bağlı son hadisələr hər kəsi təəccübləndirib.

Bakupost.az xəbər verir ki, "Real Madrid" futbol klubu keçmiş oyunçusu Ronaldonu yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.

Klubun tezliklə portuqaliyalı ulduzla danışıqlara başlayacağı gözlənilir.

Kariyerasını Avropada davam etdirmək istəyən Ronaldonun da "Real Madrid"dən təklif gözlədiyi bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra Kriştianonun yeni ünvanı maraqla gözlənib. Onun Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə razilaşdığı iddia edilirdi.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər