Ru
13:57 / 24 İyun 2022

Rövşən Abdullaoğlunun “Koramal” adlı yeni romanı çap olundu

49856
Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun “Koramal” adlı yeni romanı işıq üzü görüb.

Bakupost.az xəbər verir ki, dünyanın ən ucqar nöqtələrinə səyahət edən və əsərlərində uzaq materiklərdə baş verən hadisələri canlandıran yazıçının bu dəfə mövzusu doğma Qarabağdır.


Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… Böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.


Daha öncə müharibə mövzusuna müraciət edən yazıçının Srebrenitsa soyqırımından bəhs edən “Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə Amerikada keçirilən beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.


Kitab “Qədim qala" nəşriyyatında çap olunub.


Qeyd edək ki, artıq birinci nəşri tükənmiş “Koramal” kitabının ilk təqdimatı Gəncə şəhərində baş tutub. Bakıda və digər regionlarda da kitabın təqdimatı və oxucularla müzakirəsi keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər