Ru
15:24 / 07 May 2025

Rüfət Mahmud görüş keçirdi - FOTO

Rüfət Mahmud görüş keçirdi - FOTO
Eye

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin yeni təyin olunmuş sədri cənab Rüfət Mahmud ilə görüşüb.

Bakupost.az xəbər verir ki, fondun prezidenti Rüfət Mahmudu təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı zəngin türk mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib, mədəni irsin tədqiqi, mədəni abidələrin bərpası, birgə tədbirlərin təşkili ilə bağlı konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Aktotı Raimkulova “İçərişəhər” kimi unikal memarlıq və tarixi məkanın beynəlxalq səviyyədə tanıdılması, onun idarəetməsi ilə bağlı müsbət təcrübənin Türk dövlətləri ilə bölüşülməsinin vacibliyini vurğulayıb, İçərişəhər”in bu irsin qorunması məqsədilə Fondun hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib.

Rüfət Mahmud Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirərək, Türk mədəniyyətinin zənginliyini əks etdirən təşəbbüslərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib və Fond ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Görüş qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.


Ayxan,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar