Ru
10:36 / 28 İyun 2024

Yapon mətbəxindən sual salınmışdı – Rus dili müəllimləri sertifikasiyadan şikayətlənir

7775
Sertifikasiya imtahanlarında rus dilindən imtahan verən müəllimlər suallarının çətin olmasından şikayətçidirlər.


Bu barədə Bakupost.az –a müraciət edən müəllimlər bildiriblər ki, rus dilindən imtahan verənlər arasında 50 balı keçən müəllim yoxdur.


Müəllimlərədn biri iddia edib ki, suallar proqramdan kənar salınıb:

"Cavablar da həddindən artıq bir-birinə yaxın idi. Digər bir problem vaxt qıtlığıdır. Mətnlər düşündürücü idi, vaxt aparırdı. Vaxtımızın azlığından metodika suallarına baxa bilmədik. Məsələn, coğrafiyadan uzun-uzun mətnlər hazırlanmışdı. Bu fəndən sınaq imtahanında Azərbaycana, şəhərlərimizə aid testlər işləyirdik. Burada isə ümumiyyətlə, başqa suallar idi. Hətta, Yapon mətbəxindən belə mətnlər salınmışdı".

Digər bir müəllim də sualların həddən artıq mürəkkəb olduğundan şikayətlənib:


"Biz məktəbdə qiymətləndirmə keçirirdik. Adətən, 10-15 sual salırdıqsa, ilk 5-i asan olurdu. Sonra 10, 15, 20 ballıq suallar qoyurduq. Yəni suallar bu meyarlarla bölünürdü. Burada isə demək olar ki, asan sual yox idi. Hamısı 1 ballıq çətin, düşündürücü, mürəkkəb suallar idi. O qədər məntiqsiz, aidiyyəti olmayan suallar vardı ki... Bizi bu yolla təhsildən uzaqlaşdırmaq istəyirlər. Neçə ildir rus dili ilə bağlı vəziyyət belədir. Bütün müəllimlər narazıdır. İmtahana hazırlaşanda başqa, imtahanda isə tamam başqa suallar”.

Qeyd edək ki,sosial şəbəkələrdə, ayrı-ayrı qruplarda müəllimlər suallarla bağlı kəskin fikirlər səsləndiriblər. Məsələnin ictimailəşdirilməsini, onlara kömək olunmasını istəyiblər.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyinə aydınlıq gətirməyə çalışacağıq.





Aygün
BakuPost
Şərhlər
  • Cəlil.

    Salam. Mən Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbin rus dili müəllimlərindən biriyəm. Biz də imtahanda iştirak etdik. Deyilənlər həqiqəti yetərincə əks etdirmir. Belə ki mənimlə bir məktəbdə çalışan rus dili müəllimi Leyla Kərimova imtahandan 57 bal mən isə 44 bal yığmışıq. Suallar normal idi. Əgər mənim də gözlərimdə problem olmasa idi şübhəsiz 60 bal yığardım.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər