Ru
15:11 / 07 May 2025

Rusiya hava limanlarında xaos – Parad baş tutmayacaq? - ŞƏRH

Rusiya hava limanlarında xaos –  Parad baş tutmayacaq? - ŞƏRH
Eye

"Ukraynanın kütləvi dron hücumlarına görə, paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında təyyarələr havaya qalxa bilmir, aeroporta enən sərnişinlər isə saatlarla təyyarəni tərk edə bilmirlər. İnsanlar təyyarələrdə havasızlıq və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar".

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə paylaşım edib.

“Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl səsləndirdiyi “9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının reallıqda təsdiqidir. Belə şəraitdə 9 may paradına qatılmaq istəyən ölkə liderlərinin təhlükəsizliyi ön plana çıxır. Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması hadisəsindən çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, həmçinin dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 may paradını rahat keçirsin. Volodimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar