Rusiya Federasiyasının ali hərbi rəhbərliyində fikir ayrılıqları davam edir.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında bildirilir.
Qeyd olunur ki, bu fikir ayrılıqlarının əlamətlərindən biri general-polkovnik Mixail Teplinskinin Rusiyanın Ukraynadakı əsas əməliyyat komandirlərindən biri kimi vəzifəsindən uzaqlaşdırılmasıdır.
"General Teplinski 2022-ci ilin noyabrında Xersondan Dnepr çayının sol sahilinə kifayət qədər uğurlu geri çəkilmə ilə yadda qaldı. O, Rusiyada bacarıqlı və praqmatik komandir kimi yüksək qiymətləndirildi", - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.
Bununla yanaşı, qeyd olunur ki, Teplinskinin Rusiya hava-desant qoşunlarının rəhbəri kimi əlavə səlahiyyətlərini saxlayıb-saxlamayacağı qeyri-müəyyən olaraq qalır.
Britaniya kəşfiyyatı hesab edir ki, hazırda general Valeri Gerasimov hərbi kampaniya üzərində öz şəxsi hakimiyyətini gücləndirməyə çalışır ki, bu da Rusiyanın ali hərbi rəhbərliyində fikir ayrılıqlarının davam etdiyini göstərir.
Zaur
BakuPost