SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova Rusiyadan Azərbaycanın fiqurlu konkisürmə komandasına keçməyə hazırlaşan Veronika Jilinanın qərarından narazılığını ifadə edib.
Bakupost.az xəbər verir ki, o, idmançının keçid müqabilində Rusiya Fiqurlu Konkisürmə Federasiyasına ödədiyi 1 milyon rubl kompensasiyanı yetərsiz hesab etdiyini bildirib.
“Bir milyon rubl? Bu, yalnız paltar üçün yetərlidir. Məşqçilər daha bahalıdır. Məncə, idmançılar keçid zamanı təlim və hazırlıq xərclərini də tamamlamalıdır”, – deyə Tarasova “Gazeta.ru”ya açıqlamasında qeyd edib.
O əlavə edib ki, bu tip keçidlər zamanı yalnız texniki məsələlər deyil, əvvəlki illərdə görülmüş məşqçi əməyinin və resursların da qarşılığı ödənilməlidir. Onun fikrincə, Jilinanın keçidi Rusiya fiqurlu konkisürməsi üçün ciddi itki hesab olunmasa da, idman prinsipləri baxımından müəyyən suallar doğurur.
Qeyd edək ki, 17 yaşlı Veronika Jilina artıq Azərbaycan vətəndaşlığını qəbul edib və gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyi planlaşdırır. O, 2022/23 mövsümündə Rusiya Gənclər Qran-prisinin finalında çempion, ölkə çempionatında isə gümüş mükafatçı olub.
Aysel,
Bakupost