Ru
14:30 / 16 Sentyabr 2022

Rusiya maska rejiminə yenidən qayıtdı

Rusiya maska rejiminə yenidən qayıtdı
Eye

Rusiyanın 11 vilayətində yenidən ictimai yerlərdə maskaların məcburi taxılmasının tətbiqinə başlanılıb.


Bakupost.az TASS-a istinadla xəbər verir ki, səlahiyyətlilər Rusiyada koronavirus infeksiyasına yoluxmanın yenidən artdığı və ölüm hallarının çoxalması səbəbindən bu qərarın verildiyini açıqlayıb.

Rusiyanın 85 rayonunda yalnız xəstəxanalara giriş zamanı, Altay Respublikasında isə ticarət, iaşə obyektləri, nəqliyyat, çoxfunksiyalı mərkəzlər, banklar, poçt şöbələri və dövlət orqanlarında qəbul xidmətlərində çalışanların maskadan istifadəsi məcburi elan olunub.

Smolensk vilayətində, Federal Penitensiar Xidmətin müəssisələrinə gələnlər də, məhbuslarla görüş zamanı maskadan istifadə edəcəklər.

Saxalin, Xabarovsk diyarı, Arxangelsk, Belqorod və Smolensk bölgələrində də nəqliyyat və ya sosial müəssisələrdə maskadan istifadənin məcburi olacağı qeyd olunub.


Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar