Ru
10:42 / 14 Avqust 2024

Rusiya qoşunlarını Ukraynadan çıxarmağa məcbur oldu

Rusiya qoşunlarını Ukraynadan çıxarmağa məcbur oldu
Eye

Ukrayna ordusunun Kursk bölgəsinə hücumuna cavab olaraq Rusiya qoşunlarının bir hissəsini Ukraynadan çıxarır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, bu addım Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi reydin Rusiyanı öz qüvvələrini yenidən qruplaşdırmağa məcbur etdiyini göstərir.

Nəşrin həmsöhbətləri ABŞ-ın hələ də Rusiyanın bu addımının əhəmiyyətini müəyyən etməyə çalışdığını qeyd ediblər. Onlar Rusiyanın Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun köçürdüyü barədə dəqiq məlumat verməyiblər.

Bu qiymətləndirmə Ukrayna rəsmilərinin Kursk vilayətində gözlənilməz əməliyyatın Rusiya qoşunlarının diqqətini Ukraynadan yayındırması haqda bəyanatlarını təsdiqləyir.

Eyni zamanda, Politico Europe da Kiyevdəki rəsmiyə istinadən xəbər verib ki, Kursk bölgəsinə müdaxiləyə cavab vermək üçün "nisbətən kiçik" sayda rus bölmələri geri çəkilib. Amerika rəsmiləri jurnala bildiriblər ki, Rusiyanın Ukraynadan nə qədər qoşun çıxarması hələ də bəlli deyil.

Dövlət Departamenti və Ağ Ev məsələnin şərhi ilə bağlı sorğulara cavab verməyib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar