Ru
16:38 / 10 İyun 2024

"Rusiya Türkiyə ilə sövdələşib bizi cəzalandırdı" - Simonyan

1318
"Rusiya Türkiyə ilə sövdələşib bizi cəzalandırdı".


Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, buny iyunun 10-da Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O, Rusiya XİN-in bəyanatı ilə tanış olmadığını və “Ermənistan XİN-in adından heç nəyə şərh vermək istəmnədiyini" deyib.

Simonyan istehza ilə soruşdu: “Rusiya İrəvanın Nor-Nork inzibati rayonunun administrasiyasına etiraz notası göndəribmi?”

Qeyri-dost hərəkətlərə gəlincə, o, Rusiyaya 2020-ci ildən sonrakı hərəkətlərinə baxmağı tövsiyə edib. Parlamentin spikeri əlavə edib ki, Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb.

Onun sözlərinə görə, Ermənistan uşaq sadəlövhliyi ilə Rusiyanın onu tək qoymayacağına, “tərk etməyəcəyinə” sona qədər inanıb və ümid edib.

Simonyan bildirib ki, donanmanın İsrailə düşən raketləri vurmağa başlamasına (ABŞ-ın yardımı nəzərdə tutulur-red.), təyyarələrin Kiprdən havaya qalxaraq müttəfiq kimi kömək etməsinə təəccüb və paxıllıqla şahidlik edib.

“Bu müharibənin baş verməsinə icazə verməyə dəyərdimi? Rusiya 2020-ci ildə o qədər zəif idi ki, onların hücuma keçib uşaqlarımızı doğramasına icazə verdi? Doğrudanmı Xəzərdə Azərbaycana yaxınlaşacaq bir gəmi də yox idi? Hələ müharibə boyu sadəlövh uşaqlar kimi ümid edirdik ki, heç olmasa nəyisə dayandıra bilək”, - o qeyd edib.

Parlamentin spikeri Ermənistan hakimiyyətinin bütün mümkün variantları sınadığını və hətta müharibədən sonra da uzun müddət oranın Azərbaycan ərazisi olduğu bildirilməsinə baxmayaraq, prosesi dayandırmaq üçün hər şeyi etdiyini bildirib.

Onun fikrincə, Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa çarə qoymayıb. Simonyan özünü müdafiə etmək cəhdini qeyri-dost münasibət kimi qələmə verməyi ədalətsizlik adlandırıb.

“Yəni biz məhv olmaq yolu ilə getməli idik? Plan məhz bundan ibarət idi”, - deyə o, əminliyini ifadə edib.

Erməni spiker vurğulayıb ki, Rusiya Ukraynada müharibəyə hazırlaşdığı üçün Ermənistanı tək qoyub. Suriyada təyyarə vurulandan sonra Türkiyə ilə böyük sövdələşmə bağlanıb. Onun son məqsədi bu bölgədə mümkün sanksiyalardan yan keçmək olub:

“Ya da ermənilərin ödəməli olduğu bir bədəl var idi. Çünki ermənilər müstəqillik və suverenlik yolunu seçidilər və buna görə də cəzalandırılmalı idilər. Ermənilər uduzmalı idilər ki, onların seçim imkanı olmasın və prezident zəng edib desin: “Mən seçilirəm". Və ordan da təbrik etsinlər. O, burada qanuni prezident olsun və 2008-ci il martın 1-də baş verən hadisələri burada yenidən təşkil etsinlər”.

Onun fikrincə, bir daşla iki quş vurmaq məqsədi ilə həm sövdələşmə, həm də cəza var idi:

“Məqsəd bir qovşağı əldə etmək idi. İndi bu Azərbaycan və Türkiyədir. Ermənistanda isə hakimiyyət dəyişməli, burada rusiyayönümlü qüvvələr hakimiyyətə gəlməli, özündən əvvəliki hökuməti günahlandırmalı idi. Həmin hakimiyyət deməli idi ki, "Ermənistan Rusiya və Belarusla birgə ittifaq dövlətinin üzvü olmalıdır, çünki ruslar olmasa bizim təhlükəsizliyimiz mümkün deyil. Biz ruslarsız mövcud ola bilmərik". Ona görə də bu gün bizim günahımız odur ki, “yox” deyirik. Bildirirk ki, biz dövlətik və suveren olmalıyıq”, - deyə Simonyan fikrini yekunlaşdırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər